Cənubi Koreya parlamenti hərbi vəziyyətin araşdırılması üçün qanun layihəsini qəbul edib


Koreya Respublikasının parlamenti ölkə prezidenti Yoon Seok Yeolun konstitusiya quruluşunu devirmək üçün üsyanda şübhəli bilinərək hərbi vəziyyətlə bağlı xüsusi araşdırma haqqında qanun layihəsini qəbul edib.


AFN.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Qanun layihəsi plenar iclasda təsdiq edilib. İştirak edən 287 deputatdan 210-u lehinə, 63 nəfər əleyhinə səs verib, 14 nəfər isə bitərəf qalıb. Dekabrın 7-də hakim Vətəndaş Qüvvəsi Partiyası prezidentin impiçmenti ilə bağlı səsverməni boykot edib, nəticədə o, elan olunmayıb. Vətəndaş Qüvvəsi parlamentdə 108 yerə nəzarət edir.

Sənəddə prezident Yoon Seok Yeol şübhəli şəxs kimi göstərilir və o, Milli Assambleyanın qanunları və konstitusiyanı pozaraq hərbi vəziyyət elan etdikdən sonra ləğv etmək, konstitusiya hüququndan istifadə etməsinə mane olmaq üçün üsyan təşkil etməkdə ittiham edilir.

Cənubi Koreya qanunları prezidentin təxribat və dövlətə xəyanət ittihamları ilə mühakimə olunmasına icazə verir. Bir neçə hüquq-mühafizə orqanı araşdırma aparır, prezidentin ölkədən çıxışına qadağa qoyulub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu