Cənubi Koreyada hərbi vəziyyət təhqiqatı: Prezident ofisinə basqın edilib


Cənubi Koreyada polisin prezident Yoon Suk Yeolun dekabrın 3-də uğursuz hərbi vəziyyət elan etməsi ilə bağlı aparılan istintaqda paytaxt Seuldakı Prezident Aparatına basqın etdiyi bildirilib.



Cənubi Koreyanın "Yonhap" agentliyinin məlumatına görə, axtarışlar Milli Polisdə və Seul Metropol polisinin baş qərargahında, həmçinin Prezident Aparatında aparılır.

Reydlər Milli Assambleyanın spikeri Woo Won-shik parlamentin hərbi vəziyyətlə bağlı araşdırma səlahiyyətindən istifadə edəcəyini elan etdikdən sonra baş verib.

Qeyd edək ki, Cənubi Koreyanın Milli Assambleyası dünən dekabrın 3-də hərbi vəziyyətin elan edilməsi ilə əlaqədar prezident Yoon Suk Yeolun dərhal həbsini ehtiva edən qətnamə layihəsini qəbul edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu