Böyük Britaniya Rusiya təyyarəsinə görə qırıcıları qaldırıb


Böyük Britaniya Kral Hərbi Hava Qüvvələri (RAF) Rusiyanın Tu-142 sualtı qayıq əleyhinə təyyarəsini müşayiət etmək üçün Şotlandiyanın Lossiemut bazasından iki "Eurofighter Typhoon" qırıcısını görə qaldırıb.


AFNa.az xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Rusiya təyyarəsi Şimal dənizi üzərində ölkənin hava məkanı yaxınlığında uçub.

Nəşr bir neçə gün əvvəl Britaniya Kral Donanmasının La-Manş boğazından keçən Rusiya hərbi gəmilərini müşayiət etdiyini xatırladıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu