Böyük Britaniya İsrail və Qəzzada girovların axtarışı üçün uçuşlar həyata keçirəcək


Britaniya girovların xilas edilməsi səyləri çərçivəsində İsrail və Qəzza zolağı üzərində kəşfiyyat uçuşları həyata keçirəcək.


"Sky News"un xəbərinə görə, ölkənin Müdafiə Nazirliyi müşahidə təyyarəsinin silahsız olacağını, döyüş rolu olmayacağını və yalnız girovların yerini müəyyən etmək tapşırığını yerinə yetirəcəyini açıqlayıb.

"Yalnız girovların xilas edilməsi ilə bağlı məlumatlar girovların xilas edilməsinə cavabdeh olan aidiyyəti orqanlara veriləcək", - deyə nazirliyin bəyanatında bildirilir.

Uçuşlar Şərqi Aralıq dənizi üzərində, o cümlədən İsrail və Qəzza üzərindəki hava məkanında həyata keçiriləcək.

Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki, Böyük Britaniya hökuməti 7 oktyabr HƏMAS hücumlarından sonra oğurlanmış girovların, o cümlədən Böyük Britaniya vətəndaşlarının azad edilməsi üçün regiondakı tərəfdaşları ilə işləyir.

Britaniya qoşunları 7 oktyabr hücumlarından bir həftə sonra Şərqi Aralıq dənizinə, Kral Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr və Kral Donanmasının gəmiləri isə bölgəyə yerləşdirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu