BDU-da iki elektron tədris auditoriyası istifadəyə verilib


Bakı Dövlət Universitetində (BDU) iki yeni elektron tədris auditoriyası istifadəyə verilib.


Universitetin mətbuat xidmətindən AFN.az-a verilən məlumata görə, açılış mərasimində çıxış edən rektor Elçin Babayev son zamanlar BDU-da rəqəmsallaşma istiqamətində mühüm addımların atıldığını bildirib.

O qeyd edib ki, elektron tədris auditoriyalarının istifadəyə verilməsi BDU-da tədris prosesinin elektron idarəedilməsi istiqamətində olan işlərdən biridir. 100-dək ən müasir kompüterlə təchiz olunan auditoriyalarda müxtəlif dərslər və imtahanlar keçiriləcək. Yaxın zamanlarda BDU-da belə otaqların sayının daha da artırılması nəzərdə tutulur.

Rektor diqqətə çatdırıb ki, BDU-da elektron sənəd dövriyyəsi də artıq başa çatdırılıb: "Elektronlaşma günün tələblərindən biridir. BDU-da elektron kadr sistemi üzərində də işlər bitmək üzrədir. BDU-nun yeni saytı da artıq hazırdır, yaxın zamanlarda istifadəyə veriləcək".






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu