Zelenski Almaniyaya gedib


Zelenski Amerikanın Ramşteyn aviabazasında keçiriləcək görüşdə iştirak etmək üçün Almaniyaya gəlib.


AFN.az xəbər verir ki, bu barədə o, Telegram kanalında məlumat verib.

“Mən Ramşteyn Hərbi Hava Bazasına Ukraynanın Müdafiə Məsələləri üzrə Əlaqə Qrupunun iclasında iştirak etmək üçün gəldim”, - deyə Ukrayna lideri yazıb.

O, ABŞ və Almaniyanın müdafiə nazirləri Lloyd Ostin və Boris Pistorius ilə görüşəcəyini, həmçinin Almaniya kansleri Olaf Şolzla ayrı-ayrılıqda danışıqlar aparacağını bildirib. Bundan sonra o, İtaliyaya səfər etməyi, orada Ambrosetti Beynəlxalq İqtisadi Forumunu ziyarət etməyi və İtaliya Nazirlər Şurasının sədri Giorgia Meloni ilə görüşməyi planlaşdırır.

Ramşteyn formatında keçirilən təmas qrupunun iclasında Kiyevin müttəfiqləri Ukrayna üçün hava hücumundan müdafiə sistemlərinin tədarükü məsələsini müzakirə etməyi planlaşdırır. Görüş iştirakçıları Ukrayna Silahlı Qüvvələrinin təcili hərbi ehtiyaclarını həll etmək niyyətindədirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu