Ukrayna "Ramşteyn" formatında keçiriləcək görüşdə prioritet mövzuları açıqlayıb


Ukraynanın müdafiə naziri Oleksiy Reznikov "Ramşteyn" formatında keçiriləcək növbəti görüşdə Kiyev üçün hansı mövzunun prioritet olacağını açıqlayıb.


Bu barədə departamentin Telegram kanalında məlumat verilib.

Reznikov "Ramşteyn" formatında keçirilən görüşdə “hava koalisiyasını” prioritet adlandırıb. Onun sözlərinə görə, ölkələr təyyarələrə xidmət göstərəcək pilot, texnik və mühəndislərin hazırlanmasını müzakirə edəcəklər. Müdafiə Nazirliyinin rəhbəri bunu mürəkkəb sistem adlandırıb və əlavə edib ki, Niderland, Danimarka, ABŞ və koalisiyaya qoşulan digər ölkələrin müdafiə nazirliklərinin komandaları ilə birlikdə məsələlərə ətraflı baxılacaq.

Danışıqlar zamanı Kiyev hava hücumundan müdafiə, sursat və artilleriya mərmilərinin gücləndirilməsi məsələsini də qaldıracaq. Reznikov Ukrayna ərazisində avadanlıqların təmiri və təchiz edilməsi üçün qovşaqların yaranacağına ümid etdiyini bildirib.

“Bizim üçün mühüm məsələlər avadanlıqların təmiri və təchiz edilməsi üçün müxtəlif növ qovşaqların açılmasıdır. Həm Ukrayna ərazisində, həm tərəfdaşlarla birlikdə, həm də dost sərhədyanı ölkələrdə”, - deyə o, yekunlaşdırıb.

Qeyd edək ki, mayın sonunda "Ramşteyn" formatında növbəti görüş keçirilib. Reznikov görüşdən sonra vurğulayıb ki, Kiyevə qırıcı təyyarələrin verilməsi Ukrayna səmasının qorunmasında mühüm elementdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu