Ukraynanın xarici işlər naziri istefa verib


Ukraynanın xarici işlər naziri Dmitri Kuleba istefa ərizəsini təqdim edib.


AFN.az xəbər verir ki, bu barədə Ali Radanın rəhbəri Ruslan Stefançuk məlumat verib.

“Ukrayna Ali Radası Dmitri Kulabadan istefa məktubu alıb” – deyə o, feyzbuk hesabında yazıb. .

Stefançuk həmçinin Kulebanın istefasını tələb etdiyi, lakin qərarının səbəblərini açıqlamadığı bəyanatının fotosunu da yerləşdirib. Kulebanın ərizəsi sentyabrın 4-də daxil olub.

Yerli mediada bildirilir ki, Kulebanı Ukrayna xarici işlər nazirinin birinci müavini, əvvəllər Ukrayna prezidentinin aparatında işləmiş Andrey Sibiqa əvəz edə bilər. Bundan başqa bu vəzifəyə dövlət başçısının aparat rəhbərinin hazırkı müavini Nikolay Toçitski də namizəddir.

Dünən Ukraynanın ədliyyə naziri Denis Malyuska, strateji sənaye naziri Aleksandr Kamışin, ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Ruslan Strelets, baş nazirin Avropa və Avro-Atlantika inteqrasiyası üzrə müavini Olqa Stefanişina və baş nazirin nəzarətsiz ərazilərin reinteqrasiyası məsələləri üzrə müavini İrina Vereşçuk, aparat rəhbərinin müavini Rostislav Şurman vəzifəsindən azad edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu