Ukraynanın xarici işlər naziri Çinə səfər edəcək
Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Dmitri Kuleba Çinə səfər edəcək.
Bu barədə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
“Çin Kommunist Partiyasının Siyasi Bürosunun üzvü və xarici işlər naziri Vanq Yinin dəvəti ilə Ukraynanın xarici işlər naziri Kuleba iyulun 23-dən 26-dək Çində səfərdə olacaq”, - xəbərdə deyilir.
Ukrayna Xarici İşlər Nazirliyinin spikeri Qriqori Tixi Kulebanın səfərini şərh edərkən bildirib ki, əsas müzakirə mövzusu Rusiya-Ukrayna münaqişəsinin həllində yolların axtarışı və Çinin rolu olacaq.