Ukraynaya silah verilməsi ABŞ-ı həssas vəziyyətə salıb - Tramp


ABŞ-ın dünya ölkələrinə, xüsusən də Ukraynaya silah verməsi dövləti həssas vəziyyətə salır.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp deyib.

“Biz bütün dünyaya, xüsusən də Ukraynaya silah veririk, onlara milyonlarla dollar dəyərində avadanlıq veririk” - deyə Tramp vurğulayıb. Onun sözlərinə görə, əvvəllər çox sayda raketi olan ABŞ-ın indi silah-sursatı yoxdur.

Rusiya xüsusi hərbi əməliyyata başlayandan bəri Qərb dövlətləri Ukraynaya silah tədarükünü dəfələrlə artırıb. Eyni zamanda, Kiyev öz tərəfdaşlarından daim daha müasir modellər və uzaq mənzilli raketlər istəyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu