Bolqarıstandan Ukraynaya 1 milyard dollarlıq silah göndərilib


Kiyev və Sofiya arasında birbaşa razılaşma olmasa da, Bolqarıstandan Ukraynaya yüz milyonlarla dəyərində silah göndərilib.


AFN.az xəbər verir ki, bu barədə “Euractiv” yazı. "Bolqarıstan silahı Ukraynaya digər ölkələr vasitəsilə son iki il ərzində daxil olub" - deyə bildirilir. Portalın məlumatına görə, Bolqarıstan hökumətinin bəyanatlarına baxmayaraq, hələ münaqişə başlamamışdan əvvəl Kiyevə silah göndərməyə “dolayı yolla” başlanıb.

1 milyard dollardan artıq məbləğdə müvafiq tədarüklər Bolqarıstan şirkətləri tərəfindən silah satışı üzrə müxtəlif xarici proqramlardan istifadə etməklə həyata keçirilib. Xüsusilə, "Euractiv" Bolqarıstan silah və sursatlarının Kiyevə göndərilməsi üçün ABŞ və Böyük Britaniyadan alındığını vurğulayır.

"Böyük Britaniya, ABŞ və Polşada yaxşı maliyyələşdirilən proqram var. Bu proqram çərçivəsində Ukraynaya lazım olan silahlar alınır, yəni pul "ukraynalı" deyil, "ingilis", "amerikan", "polyak" və ya "avropalı"dır. Ona görə də başqa şirkətlər vasitəsilə alınır. Bundan əlavə, logistika vacibdir və hamımızın bildiyi kimi, o, əsasən Polşa vasitəsilə təşkil olunur və Bolqarıstan bazarında mal alan şirkətlərin məsuliyyətidir", - deyə Bolqarıstanın müdafiə nazirinin səlahiyyətlərini icra edən, keçmiş müavin Vəlizar Şalamanov portala bildirib.

"Euractiv"in məlumatına görə, təkcə 2022-ci ildə Bolqarıstan Ukraynaya dolayı yolla ən azı 1 milyard dollar dəyərində silah ixrac edib. Respublikanın əsas silah zavodları artıq bu müddət ərzində satışların 100% artdığını bildiriblər. Onlara Sofiya rəsmi olaraq ixrac icazələri verib. Nəticədə ötən ilin fevralından bəri Ukraynaya 1,38 milyard dollar dəyərində silah satılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu