KİV: Bayden Qəzzada nizamlanma üçün yeni təklif təqdim etmək niyyətindədir
ABŞ prezidenti Co Bayden yaxın günlərdə Qəzza zolağında atəşkəs razılaşmasının yekun variantını təqdim etmək niyyətindədir.
AFN.az xəbər verir ki, bu haqda "Axios" portalı Amerika administrasiyasının nümayəndəsinə istinadən məlumat yayıb.
Bildirilir ki, müvafiq məlumat bazar günü Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən girov götürülən Amerika vətəndaşlarının ailələri ilə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sullivanın onlayn görüşü zamanı açıqlanıb. "Axios" qeyd edir ki, Bayden bazar ertəsi milli təhlükəsizlik komandası ilə bu sahədə səyləri müzakirə etməyi planlaşdırır. İsrail və HƏMAS-ın Baydenin yeni təklifinə cavab vermək üçün bir həftə vaxtının olacağı gözlənilir.
Portalın məlumatına görə, Sullivan, eləcə də Ağ Evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk Həmas girovlarının ailə üzvlərinə hansısa razılaşmanın olub-olmayacağı haqda məlumatsız olduğunu deyiblər. Eyni zamanda, onlar bu istiqamətdə şansların qaldığını vurğulayaraq yaxın iki həftə ərzində razılığın əldə oluna biləcəyini dəyərləndirdilər.