KİV: HƏMAS İsrailin atəşkəs təklifinə cavabını Misir və Qətərə çatdırıb


HƏMAS rəhbərliyinin ABŞ prezidenti Co Baydenin İsrailin Qəzza zolağında elan etdiyi atəşkəs təklifinə cavabını Misir və Qətərə çatdırdığı açıqlanıb.


Amerikanın "Axios" portalındakı xəbərə görə, HƏMAS atəşkəs təklifinə cavabını Qahirə və Dohaya göndərib.

HƏMAS-ın atəşkəs təklifinə reaksiyası barədə ətraflı məlumat verilməyib.

HƏMAS rəhbərliyi daha əvvəl Baydenin açıqladığı atəşkəs təklifinə müsbət baxdıqlarını açıqlayıb.

Mayın 31-də Ağ Evdə keçirdiyi mətbuat konfransında Bayden İsrailin Qəzzada atəşkəs və məhbuslarla bağlı yeni təkliflə çıxış etdiyini açıqlayıb.

HƏMAS İsrail ordusundan Qəzza zolağına hücumlarını dayandırmasını və bütün İsrail əsgərlərinin əsir mübadiləsi üçün bölgəni tərk etməsini tələb edir.

İsrail isə qeyd edir ki, hətta məhbus mübadiləsi razılaşması əldə olunsa belə, Qəzzaya hücumlar HƏMAS-ın məhv edilməsi və bütün məhbusların geri qaytarılması kimi məqsədlərinə çatana qədər davam edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu