Blinkendən Qətərə HƏMAS-la bağlı təklif
ABŞ dövlət katibi Antoni Blinken Qətər rəhbərliyini Qəzza zolağında qarşıdurmaları dayandıracaq məhbus mübadiləsi və atəşkəs razılaşmasına razılıq vermədiyi təqdirdə HƏMAS-ı paytaxt Dohadan çıxarmaqla hədələməyə çağırıb.
CNN telekanalında yer alan xəbərə görə, ABŞ rəsmiləri nazir Blinkenin HƏMAS-a mesaj verdiyini, Qəzzada qarşıdurmanı dayandıracaq girov mübadiləsi və atəşkəsə razılıq vermədiyi təqdirdə Dohadan qovulma riski ilə üzləşəcəyini bildirib.
Rəsmilər bildiriblər ki, mesaj Blinken tərəfindən martın 5-də Vaşinqtonda keçirilən görüşdə Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Taniyə çatdırılıb.
ABŞ rəsmiləri atəşkəs razılaşması səylərində Vaşinqtonla vasitəçi rol oynayan Qətərin "mesajı anladığını və böyük bir reaksiya göstərmədiyini" bildirib.
Qeyd edilib ki, Qətər rəsmilərinin bu xəbərdarlığı HƏMAS liderlərinə çatdırıb-çatdırmadığı məlum deyil.
ABŞ, Qətər və Misir Həmas ilə İsrail arasında əsir mübadiləsi və atəşkəs razılaşmasının əldə edilməsində vasitəçi rolunu oynayır.