Qətər: HƏMAS və İsrail arasında məhbus mübadiləsi sazişi tezliklə imzalanacaq


Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani bildirib ki, Həmas və İsrail arasında əsir mübadiləsi ilə bağlı danışıqlarda kiçik logistik çətinliklər həll edilməlidir.


Qətərin xarici işlər naziri Əl Tani paytaxt Dohada Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrell ilə mətbuat konfransı keçirib.

AB rəsmisi ilə Qəzzada atəşkəsin yaradılmasını müzakirə etdiklərini bildirən Əl Tani, Qəzzada soyqırım, aclıq və məcburi köçkünlük kimi təhdidləri də müzakirə etdiklərini bildirib.

Müharibənin dayandırılmasının və yardımların daxil olması üçün humanitar dəhlizlərin açılmasının vacibliyinə diqqət çəkən Əl Tani bildirib ki, əsas hədəf bu ədalətsiz mühasirənin sona çatmasıdır.

HƏMAS ilə İsrail arasında əsir mübadiləsinin tezliklə baş verəcəyinə işarə edən Əl Tani qeyde edib ki, bu istiqamətdə kiçik çətinliklər qalıb.

Əl Tani həmçinin İsraili Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qərarına əməl etməyə, Qəzzaya hücumları dayandırmağa və humanitar dəhlizləri açmağa çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu