CIA direktoru məhbus mübadiləsini müzakirə etmək üçün danışıqlara başlayır


ABŞ Xarici Kəşfiyyat Təşkilatı CIA-nın direktoru Bill Burnsun Qahirəyə gedib Qətər, Misir və İsrailin yüksək səviyyəli rəsmiləri ilə görüşərək İsraillə HƏMAS arasında məhbus mübadiləsi məsələsini müzakirə etməsi gözlənilir.



ABŞ-ın “Axios” internet saytının mövzu ilə bağlı məlumatlı mənbələrə əsaslanaraq verdiyi xəbərə görə, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Burnsun Misirin paytaxtı Qahirəyə səfərinin bu həftə sonu reallaşması gözlənilir.

Xəbərdə Burnsun Qahirəyə səfəri zamanı Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Tani, İsrail xarici kəşfiyyat təşkilatının Mossad direktoru David Barnea və Misir Kəşfiyyat İdarəsinin rəisi Abbas Kamil ilə görüşəcəyi bildirilib.

Müzakirə edilən məhbus mübadiləsi təklifinin Qəzzada 6 həftəlik atəşkəsə səbəb ola biləcəyi ifadə edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu