HƏMAS Qətər və Misirin Qəzzada atəşkəs təklifini qəbul edib


HƏMAS Hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Qətər və Misirin Qəzza zolağında atəşkəs razılaşması ilə bağlı təkliflərini bəyəndiyini bildirib.



HƏMAS-ın internet saytında verilən açıqlamaya görə, Haniyə Qətər və Misirə Qəzza zolağında atəşkəs razılaşması ilə bağlı təkliflərini qəbul etdiyini çatdırıb.

Açıqlamada Haniyənin Qətər Baş naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Tani və Misir Kəşfiyyat direktoru Abbas Kamil ilə telefon danışığı apardığı və HƏMAS Hərəkatının atəşkəs razılaşması ilə bağlı onlara təqdim etdikləri təklifləri bəyəndiyi açıqlanıb.

Açıqlamada təklif və təkliflərin məzmunu ilə bağlı məlumat paylaşılmayıb.

Digər tərəfdən İsrail HƏMAS-ın qəbul etdiyi atəşkəs təklifinin İsrailin qəbul etmədiyi və Misir tərəfindən yumşaldılmış bir layihə olduğunu açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu