İsmayıl Haniyə İsraillə yaxınlaşan atəşkəs razılaşması barədə danışıb


Qəzza zolağında hakim olan Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İsraillə birlikdə atəşkəs razılaşması məsələsində irəliləyiş əldə etdiklərini bildirib.



Bu barədə RİA Novosti məlumat yayıb.

Haniyə İsraillə atəşkəsin yaxınlaşdığını qeyd edib və HƏMAS-ın İsraillə danışıqlarda Qətərə və digər vasitəçilərə cavabını çatdırdığını vurğulayıb.

Əl-Ərəbiyyə telekanalının məlumatına görə, Qətər yaxın saatlarda razılaşmanın təfərrüatlarını açıqlayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu