Braziliya qanuni nümayəndə təyin etməsə, X-a girişi qadağan edəcək
Braziliya Ali Məhkəməsi çevriliş cəhdi istintaqı zamanı istədiyi məlumatları verməyən X sosial media platformasına giriş qadağası tətbiq ediləcəyini açıqlayıb
"New York Times" qəzetinin yazdığına görə, müxtəlif ölkələrdə hüquqi proseslərlə üzləşən İlon Maska məxsus X təxminən 200 milyon əhalisi olan Braziliyada da bağlanma riski altındadır.
Ali Məhkəmə X-ə ölkədə qanuni nümayəndə təyin etmək üçün 24 saat vaxt verib və əks halda platformaya girişin qadağan ediləcəyini açıqlayıb.
Braziliyada Ali Məhkəmə X-dən keçmiş prezident Jair Bolsonaroya qarşı “çevriliş cəhdi” istintaqı ilə bağlı bəzi şəxslər haqqında məlumat verməsini və bəzi hesabları bloklamasını istəyib.
Mask məhkəmənin tələbini yerinə yetirməyib və X-in Braziliyadakı ofisini bağlayıb.