Əvəz Temirxan Pənah Hüseynin cəbhəsindən namizəd oldu


Fəaliyyəti dayandırılan Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan növbədənkənar parlament seçkilərinə Azərbaycan Xalq Partiyasından qatılıb.


Bu barədə onun özü məlumat verib. Bildirib ki, bununla bağlı partiyanın sədri Pənah Hüseynə müraciət edib:

"O da müraciətimi qəbul etdi. Hazırda 23 saylı Nəsimi-Səbayel Seçki dairəsindən namizədliyimi irəli sürmüşəm”.

Xatırladaq ki, Əvəz Əvəz Temirxan Azərbaycan Liberal Partiyasının sədri olub və partiya 2024-cü ildə fəaliyyətini dayandırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu