COP29 zamanı məktəblər bağlanacaq?
“COP29 tədbirləri zamanı ölkədə fəaliyyət göstərən məktəblərin işində fasilə yaranması ilə bağlı hazırda hər hansı bir qərar yoxdur”.
Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov brifinqdə deyib.
O.Abbasov bildirib ki, bununla bağlı hər hansı qərar qəbul edilsə, əvvəlcədən ictimaiyyətə açıqlanacaq:
“Biz hazırda sentyabrın 15-nə hazırlaşırıq”.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 bu il 11-22 noyabrda Azərbaycanda keçiriləcək. Tədbirdə müxtəlif ölkələrdən 80 minə yaxın qonağın iştirakı gözlənilir.