ABŞ Prezidentinin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək
ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iştirak etmək üçün Azərbaycana səfər edəcək.
Prezident İlham Əliyev fevralın 17-də Münxendə Con Kerri ilə görüşü zamanı onu COP29-da iştirak etmək üçün Azərbaycana səfərə dəvət edib.
Con Kerri isə COP29-da məmnuniyyətlə iştirak edəcəyini bildirib.
Qeyd edək ki, COP29 cari ilin noyabrında Azərbaycanda keçiriləcək.