Fransada erkən seçkilərin birinci turunda ifrat sağçılar 33,15 faizlə birinci olub


Fransada dünən keçirilən növbədənkənar ümumi seçkilərin birinci turunda ifrat sağçı Marin Le Penin rəhbərlik etdiyi Milli Birlik (MN) partiyası 33 faizdən çox səs toplayaraq birinci yeri tutub.



Daxili İşlər Nazirliyinin açıqladığı seçkilərin nəticələrinə görə, ifrat sağçı alyans 33,15 faiz səslə birinci, solçu partiyaların yaratdığı Yeni Xalq Cəbhəsi Alyansı isə 28 faiz səslə ikinci yerdə qərarlaşıb.

Prezident Emmanuel Makronun “Birgə Respublika Naminə” alyansı 20 faiz səslə üçüncü yerdə qərarlaşıb.

Seçkilərdə partiya və ittifaqların qalib gəlmək üçün mübarizə apardığı Nümayəndələr Palatasındakı 577 yerdən 76-sı birinci turda qazanıldığı halda, qalan 501 yerin sahibləri iyulun 7-də keçiriləcək ikinci turda müəyyənləşəcək.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu