Hindistanda iki qatarın toqquşması nəticəsində 8 nəfər ölüb


Hindistanın Qərbi Benqal əyalətində yük qatarı ilə sərnişin qatarı toqquşub. İlkin məlumata görə, hadisə nəticəsində 8 nəfər həyatını itirib, 25-dən çox insan xəsarət alıb.


Qərbi Benqalda baş verən qatar qəzası ilə bağlı səlahiyyətlilər açıqlama verib.

Səlahiyyətlilərin verdiyi ilkin məlumatlara görə, qəzada 8 nəfərin həyatını itirib, 25-dən çox insan yaralanıb.

Məlumatda xilasetmə işlərinin davam etdiyi qeyd edilib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu