Aİ Rusiya və Belarusdan bütün kənd təsərrüfatı məhsullarına qadağaya hazırlaşır


Aİ təkcə taxıl bitkilərinə deyil, həm də Rusiya və Belarusdan gələn hər hansı digər ərzaq məhsullarına qadağa qoyacaq rüsumları araşdırır.


AFN.az TASS-a istinadən xəbər verir ki, araşdırmanın məqsədi iyulun 1-dən Rusiya Federasiyası və Belarusdan taxıl üçün “qadağan olunmuş dərəcədə yüksək” rüsumlar tətbiq etməkdir.

“İsveç Aİ-yə taxıldan əlavə, Rusiya və Belarusdan gələn digər ərzaq məhsullarına da oxşar rüsumlar tətbiq etməyi təklif edib”, - deyə Belçikanın xarici işlər naziri Aja Lyabib bildirib. O qeyd edib ki, Avropa İttifaqının tətbiq etdiyi rüsumlar “Ukraynadan oğurlanmış taxıl” satışına qarşı mübarizə üsuludur. Bu formula Rusiyanın yeni bölgələrində toplanan taxılları nəzərdə tutur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu