Rusiya Aİ-dən “Rosselxozbank”a qarşı sanksiyaların ləğvini istəyib - “Reuters”


Rusiya “Rosselxozbank”a qarşı sanksiyaların ləğvi təklifi ilə Qərb ölkələrinə müraciət edib.


Bu barədə “Reuters” məlumat yayıb.

“Moskva Avropa İttifaqı və digər tərəflərlə “Rosselxozbank” vasitəsilə ödənişlər məsələsini müzakirə edib. Banka qarşı sanksiyaların ləğvini istəyib”, – məlumatda bildirilir.

Agentlik mənbələrə istinadən yazır ki, bu, taxıl ixracı üçün ödənişlərdə müxbir banklarla əlaqələri bərpa edəcək. Belə ki, sanksiyalar tətbiq olunmazdan əvvəl Rusiyadan gələn taxıl və digər ərzaq məhsulları üçün ödənişlər 9 beynəlxalq bank və Rusiya banklarının İsveçrədəki törəmə qurumları tərəfindən edilib.

“Taxıl sazişi”nə dair danışıqlarla tanış olan diplomatik mənbə “Reuters”ə onu da deyib ki, “Rosselxozbank” məsələsi sazişin yenilənməsi ilə bağlı müzakirələrdə qaldırılıb. Adı açıqlanmayan Dövlət Departamenti rəsmisi isə əmin edib ki, Vaşinqton biznesləri ərzaq məhsullarına qarşı sanksiyaların olmadığına inandırmaq üçün addımlar atıb.

“Biz dünya bazarlarında həm Rusiya, həm də Ukrayna taxılını görmək istəyirik”, – Departament təmsilçisi bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu