ABŞ-ın Ukraynaya yardımı gecikir


ABŞ Konqresinin Nümayəndələr Palatası döyüş bölgəsində vəziyyət xeyli dəyişdiyi üçün Ukraynaya yardımın ayrılmasına dair qanun layihəsini gecikdirib.


Bu barədə "Reuters"ə müsahibə verən ekspertlər bildirib.

Nəşr qeyd edir ki, sursatları tükənən və Rusiyanın yenidən təzyiqi altında olan Ukraynaya kömək gözləniləndən xeyli gec gələcək.

Bundan əlavə, ekspertlər dövlətə əlavə yardım paketlərinin ayrılmasına şübhə ilə yanaşırlar. “2024-cü ildən sonra Ukraynanı qeyri-müəyyənlik gözləyir. Bunlara Kiyevə yardımın həcminə şübhə ilə yanaşan ABŞ-ın keçmiş prezidenti Donald Trampın yenidən mümkün yenidən seçilməsi daxildir”, - məqalədə deyilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu