Rusiya XİN Qərbi Suriyada neft qaçaqmalçılığında ittiham edib


Suriya ərazisini qeyri-qanuni işğal edən ABŞ və onun müttəfiqləri neft və taxılın oğurlanması və qaçaqmalçılığı ilə məşğul olur, respublikanı resurslardan məhrum edir.


Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan bəyanatda bildirilir.

Sənəddə qeyd edilib ki, bununla ABŞ Suriya əhalisini çörək və enerji resurslarından məhrum edir. Rusiya Xarici İşlər Nazirliyi vurğulayıb ki, bütün səs-küylü bəyanatlara baxmayaraq Qərb təcili yardım üçün vəsait ayırmaq üzrə öhdəliklərini yerinə yetirmir.

ABŞ-ın Suriya və İraqdakı bazalarına artan hücumlara cavab olaraq ABŞ ordusu Suriyadakı iki hədəfə zərbələr endirib. Pentaqon izah edib ki, bu, Birləşmiş Ştatların öz vətəndaşlarını və milli maraqlarını qoruyacağını hamıya göstərir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu