Cənubi Çin dənizində qayığı gəmi vurması nəticəsində 3 filippinli balıqçı ölüb
Filippin Cənubi Çin dənizinin mübahisəli sularında ticarət gəmisinin balıqçı gəmisi ilə toqquşması nəticəsində üç filippinli balıqçının həlak olduğunu bildirib.
Filippin Sahil Mühafizəsi tərəfindən verilən açıqlamada ölkənin şimal-qərb sularında balıqçılıq bölgəsində lövbər salan "F/B Dearyn" adlı balıqçı gəmisinin ticarət gəmisi tərəfindən vurulduğu bildirilib.
Açıqlamada toqquşma nəticəsində çevrilən qayıqda 6 nəfərin olduğu və onlardan 3-nün həyatını itirdiyi bildirilib.
Filippin prezidenti kiçik Ferdinand Markos açıqlamasında qəza ilə bağlı istintaqın davam etdiyini qeyd edib və həyatını itirənlərin ailələrinə başsağlığı verib.