Araz İmanov Xankəndidən fotosunu paylaşdı


Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Araz İmanov Xankəndidə çəkilmiş fotosunu paylaşıb.


Foto şəhərin girişindəki “nənə və baba” abidəsinin qarşısında çəkilib. Artıq abidənin üzərinə Azərbaycan bayrağı vurulub.

Qeyd edək ki, Azərbaycanın daxili işlər orqanlarının qüvvələri Xankəndiyə daxil olub. Bu gün Azərbaycan polisinin Xankəndinin girişində yerləşən sözügedən abidənin önündə keşik çəkməsini əks etdirən görüntülər də yayılmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu