Çin Ukrayna üzrə sülh danışıqlarında iştirak etməyə hazır olduğunu bildirib


Çin Ukrayna münaqişəsinin həlli üçün sülh danışıqlarında iştirak etməyə hazır olduğunu bildirib.


AFN.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Çin münaqişənin həlli üçün növbəti görüşdə iştirak etmək niyyətində olduğunu açıq şəkildə bəyan edib. Ciddədə keçirilən ilk danışıqlarda ABŞ, Böyük Britaniya, Polşa, Cənubi Afrika və Aİ kimi 30 ölkədən nümayəndə iştirak edib. İclasda Rusiya nümayəndələri olmayıb və Meksika prezidenti Andres Manuel Lopez Obrador ölkəsinin Rusiyasız danışıqlar aparmayacağını bildirib.

Bildirilib ki, Səudiyyə Ərəbistanı hakimiyyəti Ciddə danışıqlarında Ukraynadakı münaqişənin həlli üçün alternativ plan təqdim edib. Onun hissəsi Ukraynanın bütövlüyü, bütün cəbhələrdə atəşkəs, BMT-nin himayəsi altında sülh danışıqlarının başlaması, eləcə də əsirlərin mübadiləsidir.

Bundan əlavə, məlum olub ki, Ukrayna ilə bağlı yeni toplantı qlobal Cənub ölkələrindən birində keçirilə bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu