Finlandiya Rusiyaya qarşı silahlanmaq qərarına gəlib


Finlandiya Rusiyaya müqavimət göstərmək üçün Aland adalarını silahlandırmaq qərarına gəlib.


Bu barədə Politico məlumat yayıb. Sakinlər Rusiya konsulluğu qarşısında toplaşaraq Rusiyanın beynəlxalq müqavilələrə əsasən militarizasiyası qadağan olunmuş ərazi olan Aland adalarına diqqətini yönəldə biləcəyindən narahatlığını ifadə ediblər.

Finlandiya kəşfiyyatının keçmiş rəhbəri general-mayor Pekka Toveri bildirib ki, Aland adalarının silahsızlaşdırılması dayandırılmalıdır. O, "Bu, lazım gələrsə cavab verməyi asanlaşdıracaq və vəziyyət pisləşərsə Alanderlərin və bizim təhlükəsizliyimizi artıracaq" ifadələrini işlədib.

Hökumətin yeni başçısı Petteri Orpo qeyd edib ki, Rusiya təcavüzünün güclənməsi ilə bağlı yerli sakinlərin qorxularını ən yaxşı şəkildə necə sakitləşdirmək məsələsi təhlükəsizlik siyasətinin prioritetinə çevrilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu