Rusiya-Finlandiya sərhədindəki keçid məntəqəsinin açılış tarixi məlum olub


Finlandiya dekabrın 14-dən Rusiya ilə sərhəddə ən böyük keçid məntəqələrini açacaq.


Bu barədə yerli “İlta-Sanomat” nəşri açıqlama yayıb.

Bildirilir ki, Finlandiya hökuməti Vaalimaa, Nuijamaa və İmatra sərhəd məntəqələrinin açılması ilə bağlı qərar qəbul etmək niyyətindədir. Bu barədə dekabrın 12-si günortadan sonra elan olunmalıdır. Qəzet onu da aydınlaşdırır ki, qərar dekabrın 13-dən 14-nə keçən gecə qüvvəyə minəcək.

Bundan əvvəl vəziyyətin normallaşacağı təqdirdə Finlandiyanın Rusiya Federasiyası ilə sərhədi mərhələli şəkildə açmağa hazır olacağı qeyd edilib. Ölkənin xarici işlər naziri Elina Valtonenin sözlərinə görə, orada hələ də insanların olmasına baxmayaraq, Finlandiya-Rusiya sərhədində vəziyyət sakitdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu