Finlandiya Rusiya ilə sərhəd məsələsində iki variant üzərində düşünür
Finlandiya hakimiyyəti Rusiya ilə sərhəddə keçid məntəqələrinin fəaliyyət göstərməsi üçün iki variantı nəzərdən keçirir.
Bu barədə hökumətdəki mənbələrə istinadən yerli media məlumat yayıb.
Bir varianta görə, Finlandiya şərq sərhədini bağlı qoya bilər, yalnız yük maşınları keçmək şərtilə. İkinci variant isə gələn həftəyə kimi bir və ya bir neçə keçid məntəqəsinin açılmasını nəzərdə tutur. Müvafiq qərar dekabrın 12-də veriləcək.
Mənbə bildirib ki, hazırda sərhədi bağlı saxlamağa əsas yoxdur, çünki milli təhlükəsizlik vəziyyəti sakitdir.
Hazırda Finlandiya hakimiyyətinin qaçqın axını ilə bağlı qəbul etdiyi qərarı ilə Rusiya ilə sərhəddəki bütün keçid məntəqələri bağlanıb. Sərhəddən yalnız yük daşınmasına icazə verilir. Bildirilib ki, keçid məntəqələri dekabrın 13-dək bağlı olacaq.