Binəqədidə boş yer tapan bina tikir: İcra hakimiyyəti hara baxır? - FOTO


Bakının Binəqədi rayonunda sakinlər hələ inşa olunmamış binadan şikayətçidirlər.


Sakinlər iddia edirlər ki, bina üçün qazılan ərazi onların qarajlardan istifadəsini, demək olar ki, mümkünsüz edib. Qeyd edək ki, söhbət Binəqədi rayonu, Mir Cəlal küçəsi 63 ünvanından gedir.

Mövzu ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan ərazi xüsusi mülkiyyətdə olduğundan aidiyyəti üzrə müraciət etməyimiz tövsiyə olunur.

İnşa işlərinə hazırlıq gedən ərazinin nə vaxtdan xüsusi mülkiyyətdə olduğu barədə sualımız da cavabsız qaldı. Lap “toyuq, yoxsa yumurta daha əvvəl yaranıb?” məsəlinə döndü.

Görünən odur ki, Binəqədi Rayon İcra Hakimiyyəti xüsusi mülkiyyətdədir dediyi ərazinin kimə və nə vaxtdan aid olduğunu bilmir. İcra hakimiyyətinin heç nədən xəbəri yoxdur.
Hasara alınan ərazidə qazıntı işlərinin kim tərəfindən və nə məqsədlə aparıldığı barədə isə heç bir məlumat lövhəsi yoxdur.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu