Britaniyalı "döymə xəstələri" bütün bədənləri üçün 10 min dollar xərcləyirlər - FOTOLAR


Böyük Britaniyada yaşayanlar bədənlərinə döymə etdirməyi sevirlər. Onlar hətta bunun üçün sərvət xərcləyirlər.


Mançesterdən olan Rey Houghton əsgərlikdə olarkən bütün bədəninə döymə vurmağa başlayıb və o vaxtdan bəri dayanmayıb. İndi 65 yaşlı kişinin bədəninin hər tərəfi, hətta cinsi orqanları belə döymələrlə örtülüb ki, bu da ona həyatı boyu təxminən 10 min dollara başa gəlib.

O, özünün dediyi kimi, bir vaxtlar penisinə döymə vurdurmaq istəyirdi, lakin daimi ustası bunu etməkdən imtina edirdi. Sonra başqasını tapıb. Houghton cinsi orqanına döymə vurdurub, bunun üçün o, bir sıra ağrılı prosedurlardan keçməli olub. "Biz yuvarlanan sancaqdan istifadə etdik, çünki bu, döymə etdirməyin ən asan yolu idi. Əvvəlcə bu olduqca qəribə gəlirdi, amma usta mükəmməl işlədi" - deyə ingilis yaşadıqlarını anladıb.

Dörd saatlıq döymədən sonra gəzmək onun üçün çətin olsa da, bu, sadəcə bir gün davam edib: "Artıq ağrı hiss etmirəm. Kifayət qədər çox qan var idi və ertəsi gün gəzmək narahat idi".

Bodibilder etiraf edir ki, sosial şəbəkələrdə ondan bədənin intim hissələrini göstərməsini xahiş edən çoxlu sayda mesajlar alır.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu