Ay və Venera Tayvan səmasında Türkiyə bayrağını xatırlatdı


Tayvanda Ay və Veneranın bir araya gəlməsindən yarananı görüntü Türkiyə bayrağını xatırladıb.


Burada yerli vaxtla saat 19:52 radələrində Ay və Veneranın yaxınlaşması həvəskar kameralar tərəfindən qeydə alınıb. Səma cismlərinin yaxınlaşması nəticəsində yaranan görüntü türk bayrağını xatırlatması ilə diqqəti çəkib.

Müşahidəçilər təbiət hadisəsinin 100 ildən sonra ilk dəfə adi gözlə görüldüyü bildiriblər.

Adi gözlə görülə bilən növbəti Venera və Ay görüşünün 2063-cü il mayın 31-də baş tutacağı proqnozlaşdırılır. Daha əvvəl Tayvanda adi gözlə görülən Ay və Veneranın yaxınlaşması 1895-ci ildə baş vermişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu