Bolqarıstanda Türkiyə ilə sərhəddə rekord sayda bəyan edilməmiş valyuta saxlanılıb


Bolqarıstan gömrüyü Türkiyə ilə sərhəddə yerləşən Kapitan Andreevo keçid məntəqəsində bəyan edilməmiş rekord sayda - 1,5 milyon avrodan çox valyuta ələ keçirib.


AFN.az-ın xarici mediaya istinadən xəbərinə görə, Bolqarıstan Respublika Prokurorluğunun sözçüsü Mariya Kirilova bildirib ki, 18 aylıq uşağı olan bir ailənin olduğu avtomobildən içərisində pul olan səkkiz zərf tapılıb. Sürücü bu pulun avtobusların satışından alındığını və Türkiyədə mənzil alınması üçün nəzərdə tutulduğunu izah edib.

Hadisə ilə bağlı istintaq başlayıb.

2023-cü ilin əvvəlindən Kapitan Andreevo keçid məntəqəsində ümumi dəyəri 5 milyon avrodan çox olan valyuta - dollar, funt sterlinq və avro saxlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu