Kim Çen In dünyaya meydan oxudu: Sınaq uğurlu oldu, radioaktiv sunami yarada bilər!


Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə və beynəlxalq ictimaiyyətin reaksiyalarına baxmayaraq, silah proqramını sürətləndirən Şimali Koreya son silah sınaqları ilə bağlı açıqlama verib.


AFN.az xəbər verir ki, Şimali Koreya administrasiyası partlayışla iri miqyaslı radioaktiv sunami yarada bilən və düşmən hədəflərinə gizli hücum edə bilən “pilotsuz sualtı nüvə zərbə maşını”nı uğurla sınaqdan keçirdiyini açıqlayıb. Sınaqdan fotolar da paylaşılıb, Şimali Koreya lideri Kim Çen Inin mımnun görüntüləri sanki dünyaya meydan oxuyur.

Dövlətin nəzarətində olan Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) Koreya İşçi Partiyasının (WPK) Mərkəzi Hərbi Komissiyasının ABŞ və Cənubi Koreya qarşısında mümkün nüvə müharibəsinin qarşısının alınmasını gücləndirmək üçün səylərini davam etdirdiyini açıqlayıb. Bu çərçivədə iki silah texnologiyasının tətbiq olunduğu 21-23 mart tarixləri arasında keçirilən təlimdə ölkə lideri Kim Çen Inın rəhbərliyi altında yeni “pilotsuz sualtı nüvə hücum vasitəsi”nin sınağı həyata keçirilib. Sualtı partlayışla iri miqyaslı radioaktiv sunami törətməklə düşmənin hərbi dəniz donanması və əsas limanlarını məhv etmək məqsədi daşıyan strateji sualtı silah sistemi istənilən sahildə, limanda və ya gəmidə yerləşdirilə bilər.

Bildirilib ki, son təlimdə Cənubi Hamqyonq əyalətinin Rivon bölgəsi sahillərindən havaya qalxan vasitə su altında partlayan sınaq döyüş başlığını müvəffəqiyyətlə təmsilçi olaraq təyin olunan Honqvon körfəzi sularına çatdırıb. O da qeyd edilib ki, ordunun taktiki nüvə hücumu imkanlarını sınaqdan keçirmək üçün martın 22-də 2 “Hvasal-1” və 2 “Hvasal-2” tipli strateji qanadlı raket buraxılıb. Şərq dənizində 1500 və 1800 kilometr məsafədəki hədəflər uğurla vurulub.

Kim Çen In təlimlərin nəticələrindən məmnun olduğunu bildirib. Vurğulayıb ki, ölkənin müharibədən çəkindirmə qabiliyyətini nümayiş etdirmək ABŞ və Cənubi Koreyanın düşünmələri və qazandıqlarından daha çox itirəcəklərini özləri dərk etmələri üçün vacibdir.

Kim həmçinin düşmənin Şimali Koreyanı işğal etmək cəhdini dəf etmək və ABŞ və Cənubi Koreyanın ehtiyatsız hərbi təxribatlarına daha böyük və aqressiv şəkildə müqavimət göstərmək əzmində olduqlarını bir daha vurğulayıb.




































AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu