Son iki gündə meşə fondu torpaqlarında 30 mindən artıq ağac əkilib


Bayram tətili günlərində ölkə ərazisinin meşə fondu torpaqlarında meşəbərpa tədbirləri davam edib.


Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib ki, dünən və bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri və Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarının iştirakı ilə Oğuz, Şirvan, Zaqatala, Şamaxı, Lənkəran, Bərdə, Tovuz, Qəbələ, Sabirabad və Şəki rayonlarının meşə fondu torpaqlarında, ümumilikdə 30 mindən çox ağac əkilib, 100 kiloqram toxum səpilib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu