Çexiyada deputatlara TikTok-dan istifadə etmək qadağan olundu


Çexiya parlamentində Çində hazırlanmış "TikTok" mobil proqramından istifadəyə qadağa qoyulub.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, parlamentin işçi şəbəkəsi tətbiqi bloklamaq üçün texnologiyadan istifadə edəcək.

Qadağa Milli Kiber və İnformasiya Təhlükəsizliyi Direktorluğunun (NUCIB) tövsiyəsi əsasında parlament rəhbərliyi tərəfindən tətbiq edilib. Qərar deputatlara, onların köməkçilərinə və ali qanunverici orqanın əməkdaşlarına şamil edilir. Tətbiq ilk növbədə xidməti vəzifələrini yerinə yetirərkən istifadə olunan elektron cihazlardan çıxarılmalıdır.

Əvvəllər Praqa meriyası işçilərinə Pekində yerləşən "ByteDance" şirkətinə məxsus TikTok-dan istifadəni dayandırmağı tövsiyə etmişdi. Aidiyyatı qurumlar tətbiqi əhəmiyyətli təhlükəsizlik riski hesab edirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu