Zəlzələdən zərərçəkənlərin kommunal borcları silindi


Türkiyədə zəlzələ nəticəsində ev və iş yerləri ağır və orta dərəcədə zərər görən şəxslərin elektrik və qaza olan borcları silinib.


Bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müvafiq qərarı “Resmi Gazete”də yayımlanıb.

Məlumata görə, sözügedən şəxslərin fevralın 6-sına qədər olan borcları silinib və bu borclar ölkənin Energetika və Təbii Sərvətlər Nazirliyi tərəfindən qarşılanacaq.

Bununla yanaşı, Adıyaman, Hatay, Kahramanmaraş və Malatyanın bütün ərazisində, Qaziantepin isə İslahiye və Nurdağı bölgələrində elektrik və qazla bağlı fevralın 6-sından sonra yaranan borcların ödənişi mayın 31-nə qədər ertələnib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu