"Pfizer" Aİ-dən ödəniş tələb edir


"Pfizer" Avropa İttifaqının istifadə olunmamış Covid vaksinləri üçün ödəniş etməyə davam etməsini istəyir. Lakin bu tələb Avropa dövlətlərində narazılıqla qarşılanıb.


Şirkət qurumla Covid-19 peyvəndi müqaviləsini uzatmağı təklif edərək tədarükləri kəssə də, hələ də bəzi ölkələrdə kütləvi tədarük fonunda blokun istifadə olunmamış dozalar üçün milyardlarla avro ödəməsini gözləyir.

"Financial Times" xəbər verir ki, bu təklif bir sıra üzv dövlətlərin narazılığına səbəb olub və onlar müqavilənin öz vətəndaşlarına deyil, "Big Pharma"nın maraqlarına xidmət edəcəyini bildiriblər.

Müqavilənin uzadılması peyvənd müqaviləsini 2026-cı ilə qədər uzadacaq, tədarük edilən dozaların sayının 40 faiz azaldılması və çatdırılmada gecikmələr olacaq.

Bununla belə, təklif olunan ixtisarlara baxmayaraq, ABŞ-ın əczaçılıq nəhəngi hələ də ilkin razılaşdırılmış bütün dozalar üçün ödənişi tələb edir, onların çoxu yeni şərtlərlə heç vaxt istehsal olunmayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu