Eldar Əzizovun korrupsiyaya görə tutulan adamları ev dustaqlığına buraxıldı


Təxminən bir ay öncə BŞİH-nin əməkdaşlarının həbsi ilə bağlı məlumatlar yayılmışdı.


Tribunainfo.az-a verilən xəbərdə deyilirdi ki, Yaşıllaşdırma Təssərüfatı Birliyinin Yasamal rayonu üzrə sahə rəisi Natiq Abbadov və idarənin əməkdaşı Anar Abbasəliyev saxlanıblar.
Əldə etdiyimiz son informasiyaya görə, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsi hər iki şəxsi ev dustağlığına buraxıb. Məlumat üçün bildirək ki, istintaqın gedişi zamanı Yaşıllaşdırma Təsərüfat Birliyinin sədri Həsrət Əmrahov da istintaqa cəlb olunub. Məlumata görə kifayət qədər qanunsuzluq edən Həsrət Əmrahov Bakı meri Eldar Əzizovun vasitəsi ilə hər iki şəxsin ev dustağlığına buraxılmalarına nail olub. Qeyd edək ki, Natiq Abbasov qanunsuz işlərdə və “kart” əməliyyatlarında Həsrət Əmrahova yaxınlığı ilə tanınır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu