KİV: İsrail Tehranın S-400 almasının qarşısını almaq üçün İranı vura bilər


İranın Rusiyadan S-400 zenit-raket kompleksləri almaq istəyini İsrail İranın nüvə obyektlərinə mümkün zərbələr üçün maneə kimi görür.


AFN.az xəbər verir ki, bu barədə "Bloomberg" öz mənbələrinə istinadən məlumat yayılıb. Agentlik qeyd edir ki, İsraildə İranın nüvə silahı yarada biləcəyi ehtimalından ehtiyat edirlər və bu səbəbdən hücum ehtimalını nəzərdən keçirirlər.

İsrail və ABŞ rəsmiləri bildiriblər ki, İranın S-400 sistemləri alması ehtimalı Təl-Əvivdən zərbə endirmə qərarını sürətləndirə bilər. İsrail həmçinin hesab edir ki, Tehran sistemləri alsa, ehtimal olunan zərbə imkanlarını azaldacaq, ona görə də onlar daha sürətli hərəkət etmək qərarına gələ bilərlər. “Nə qədər gözləsəniz, bir o qədər çətinləşir. Biz çoxdan gözləyirdik. Deyə bilərəm ki, İranın nüvə silahı əldə etməməsi üçün əlimdən gələni edəcəyəm”, - "Bloomberg" yazır ki, bu haqda İsrailin baş naziri Benyamin Netanyahu bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu