Türkiyədə zəlzələdən əziyyət çəkən insanlar necə səs verəcək? - AÇIQLAMA


Türkiyədə baş verən zəlzələdən sonra ölkədə gözlənən prezident seçkilərinin təxirə salınacağı bildirilsə də, prezident Ərdoğan bu gün verdiyi açıqlamada seçkilərin əvvəlcədən təyin edilən vaxtda - 14 mayda keçiriləcəyini dedi.


Bəs zəlzələ səbəbindən ölkənin müxtəlif yerlərində məskunlaşan insanlar necə səs verəcəklər? AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, hakim partiyanın seçki komissiyasındakı nümayəndəsi Rəcəb məsələyə aydınlıq gətirib. Bu istiqamətdə artıq işlərin başlandığını deyən AK Partiya nümayəndəsi bildirib ki, Türkiyənin ən yaxşı həyata keçirdiyi işlərdən biri seçkilərdir. "İndiyə qədər biz seçkiləri ən yaxşı şəkildə keçirdik" - deyən R.Özəlin sözlərinə görə, zəlzələ bölgəsinə köçən insanların getdikləri əyalətdə seçicilərin siyahıları hazırlanır: "Bu prosesi başlamışıq. Hər kəsin harada olur-olsun səs verməsini təmin etmək üçün işlər görülür. Bunlar tamamlandıqdan sonra bölgədə konteynerlər yerləşdiriləcək. Burada səsvermə otaqları qurulacaq. Önəmli olan texniki infrastrukturu hazırlamaqdır. Bunu təmin etmək lazımdır. Səyyar seçicilər sağlam şəkildə səs verə bilər. 11 ayrı komissiya yaradılıb. Zəlzələ bölgəsində zərər çəkmiş seçici kontingenti ilə bağlı araşdırmalarımızı davam etdiririk”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu