İran hökuməti Azərbaycanşünaslıq Mərkəzini bağlayıb


Tehran rejimi Təbriz Universitetinin Azərbaycanşünaslıq Mərkəzinin fəaliyyətinin dayandırılmasına qərar verib və mərkəzin üzvlərinə qarşı təzyiqləri artırıb.


AFN.az xəbər verir ki, bu barədə mərkəzin sosial media hesabında məlumat verilib.
Məlumata görə, mərkəzin Təbrizdən olan iki üzvü, tələbə hərəkatı fəalları Hadi Heydəri Azad və İbrahim Əhmədpur isə fevralın 27-də həbs olunublar.
"Təbriz Universitetinin hər yeri Azərbaycanşünaslıq Mərkəzidir",-deyə, paylaşımda vurğulanıb.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu