Rusiya Belarusun ilhaqı planını hazırlayıb


Kreml 2030-cu ilə qədər Belarusun siyasi, iqtisadi və hərbi yolla “sürünən ilhaqı” üçün müfəssəl plan hazırlayıb.


“Dossier” mərkəzinin məlumatına görə, 2021-ci ilin payızında hazırlanan plana əsasən, Kreml onilliyin sonundan gec olmayaraq Rusiya və Belarusdan ibarət birlik dövləti yaratmağa hazırlaşır. Sənəddə Rusiya hökumətinin Belarusdakı siyasi, müdafiə, ticarət və sosial məqsədləri əks olunan cəmi 17 səhifə var. Onlar qısamüddətli (2022-ci ilə qədər), ortamüddətli (2025-ci ilə qədər) və uzunmüddətli (2030-cu ilə qədər) bölünür.
Plana Rusiya və Belarus qanunlarının “uyğunlaşdırılması”, “uyğunlaşdırılmış xarici və müdafiə siyasəti” və Rusiyanın maraqlarına əsaslanan “ticarət-iqtisadi əməkdaşlıq” daxildir. Planda Belarusda Rusiya Federasiyasının ictimai-siyasi, ticarət-iqtisadi, elm-təhsil və mədəni-informasiya sahələrində üstünlük təşkil edən təsirinin təmin edilməsindən də bəhs edilir.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu