Mümkün fəlakətə davamlı ölkələrin adları açıqlandı


Böyük fəlakətlə üzləşə biləcəyi təqdirdə ayaqda qala biləcək iki ölkənin adı açıqlanıb. Araşdırmalarla mümkün nüvə fəlakətindən və ya nəhəng meteor zərbəsindən sağ çıxa biləcək ölkələr müəyyənləşib. Tədqiqatçılar qida ehtiyatı, iqlim, özünü təmin etmək və istehsal gücü kimi amilləri nəzərə alıblar.


AFN.az "The Guardian"a istinadən xəbər verir ki, araşdırmada 38 ada ölkəsi nüvə müharibəsi və asteroid vurması kimi fəlakətlərdən sonra insanların sağ qalma ehtimalını təyin etmək üçün 13 fərqli müyarlara görə araşdırılıb. Nəticələrə uyğun olaraq qida istehsalı, enerji ilə özünü təmin etmə, istehsal və fəlakətin iqlimə əks olunması kimi mövzularda belə bir vəziyyətdə yaşamaq üçün ən yaxşı yerlərin Avstraliya və Yeni Zelandiyanın olduğu elan edilib.

Tədqiqat həmçinin, Avstraliyanın böyük ərzaq ehtiyatları sayəsində on milyonlarla insanı qida ilə təmin etmək potensialına malik olduğunu ortaya çıxarıb. Vellinqton Otaqo Universitetinin professoru Nick Uilson, hətta ən pis ssenaridə belə Yeni Zelandiyanın məhsullarının 61 faiz azala biləcəyini, bununla belə, vətəndaşların ərzaqla kifayət qədər təmin oluna biləcəyini açıqlayıb.

Araşdırmalarla İslandiya, Solomon Adaları və Vanuatu da "günəş işığının qəfil azalması ilə baş verən fəlakətdən" sonra öz əhalisi üçün kifayət qədər qida istehsal edə bilən ada dövlətləri olaraq təyin olunub.

Araşdırma beynəlxalq "Risk Analysis" jurnalında dərc olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu