Britaniya İrana qarşı sanksiyalar siyahısını genişləndirdi


Böyük Britaniya hökuməti İrana qarşı tətbiq etdiyi sanksiyaların sayını artırıb.


AFN. xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir. Qeyd edilir ki, sanksiyalar siyahısına daha 8 ad əlavə edilib. Belə ki, İranda üç inqilab məhkəməsinin sədri, İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Məhəmməd Təqi Osanlu, Sistan və Bəlucistan əyalətlərində SEPAH komandirləri daxildir. Bunlardan başqa Sistan və Bəlucistan əyalətinin qubernatoru Məhəmməd Kərəmi və Senendej bölgəsinin rəhbəri Həsən Əsgəriyə də sanksiyalara məruz qalıblar.

Adlarıçəkilən şəxslərə qarşı məhdudiyyətlərin tətbiqi onların yaşamaq, işgəncələrə məruz qalmamaq və ədalətli məhkəmə araşdırması hüququnun ciddi şəkildə pozulmasına dəstək, bu əməlləri təşviq etmək və ya bu cinayətlərdə iştirak etmək əsas gətirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu